Yeni Roma Papasının seçilməsi üçün konklav mayın 7-də toplanacaq

Digər ölkələr
  • 28 aprel, 2025
  • 14:57
Yeni Roma Papasının seçilməsi üçün konklav mayın 7-də toplanacaq

Vatikanda yeni Roma Papasının seçilməsi üçün konklav mayın 7-də toplanacaq.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Əvvəlki iki konklav, 2005 və 2013-cü illərdə, cəmi iki gün davam etmişdi. İndi isə kardinallar hazırkı səsvermənin nə qədər vaxt aparacağı barədə fikir ayrılıqları yaşayırlar.

Belə ki, isveçli kardinal Anders Arborelius agentliyə bildirib ki, Papa Fransisk tərəfindən təyin edilmiş bir çox kardinallar bir-birini ilk dəfə gördüyü üçün seçki prosedurunun daha uzun olacağı gözlənilir.

44 - Tezliklə