Yuxarı

Yəmənin paytaxtında beynəlxalq hava limanı bağlanıb

Sana aeroportunun fəaliyyətini dayandırmasına səbəb Ərəb koalisiyasının kütləvi bombardmana başlaması olub

Bakı. 9 avqust. REPORT.AZ/ Yəmənin paytaxtı Sanadakı beynəlxalq hava limanı xüsusi bildirişə qədər bağlanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Əl-Mayadin" telekanalının məlumatına görə, Sana aeroportunun fəaliyyətini dayandırmasına səbəb Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının hava limanına aparan yolları və əraziləri kütləvi bombardmana başlaması olub.

Qeyd edək ki, hazırda Yəmən paytaxtı Ənsarullahçılar (Allahın köməkçiləri - red) tərəfdarlarının nəzarəti altındadır.

Ən intensiv hücum şəhərin qida məhsulları istehsal edən ən böyük zavodunun yerləşdiyi Ən-Nahda rayonuna olub. Son məlumatlara görə, koalisiyanın hava hücumları nəticəsində 14 fabrik işçisi ölüb, onlarla adam yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi