Yəmənin paytaxtında beynəlxalq hava limanı bağlanıb
Digər ölkələr
- 09 avqust, 2016
- 11:53
Bakı. 9 avqust. REPORT.AZ/ Yəmənin paytaxtı Sanadakı beynəlxalq hava limanı xüsusi bildirişə qədər bağlanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Əl-Mayadin" telekanalının məlumatına görə, Sana aeroportunun fəaliyyətini dayandırmasına səbəb Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının hava limanına aparan yolları və əraziləri kütləvi bombardmana başlaması olub.
Qeyd edək ki, hazırda Yəmən paytaxtı Ənsarullahçılar (Allahın köməkçiləri - red) tərəfdarlarının nəzarəti altındadır.
Ən intensiv hücum şəhərin qida məhsulları istehsal edən ən böyük zavodunun yerləşdiyi Ən-Nahda rayonuna olub. Son məlumatlara görə, koalisiyanın hava hücumları nəticəsində 14 fabrik işçisi ölüb, onlarla adam yaralanıb.
Son xəbərlər
18:01
Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması dayandırılır
Elm və təhsil18:00
Trampın reytinqi 40 faizi keçib
Maraqlı17:59
Foto
Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
Daxili siyasət17:59
Foto
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
Xarici siyasət17:55
İKTA: Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib
İKT17:53
"Qarabağ"ın futbolçusu: "Ayaks"la matçda azarkeşləri sevindirmək istəyirik"
Futbol17:49
Qurban Qurbanov: "Ayaks" "Qarabağ"la oyuna ciddi hazırlaşıb"
Futbol17:39
İKTA: MTK-larda ən azı 3 fərqli internet provayderin xidmət göstərməsi zəruridir
İKT17:39
Foto