Yuxarı

​Yəməndə tətbiq ediləcək atəşkəs rejiminin vaxtı açıqlanıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri bildirib ki, atəşkəsin vaxtının uzadılması ölkədəki vəziyyətdən asılıdır

Bakı. 9 may. REPORT.AZ/ Mayın 12-də, yerli vaxtla saat 23.00-dan etibarən Yəməndə 5 günlük atəşkəs rejimi tətbiq olunacaq. "Report" xəbər verir ki, bu haqda "Al-Jazeera" məlumat yayıb.

Xəbərər görə, ABŞ-ın Fransadakı səfirinin iqamətgahında ABŞ-ın dövlət katibi Con Kerri ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cubeyr arasında görüş keçirilib. Görüşdən sonra diplomatların keçirdiyi birgə mətbuat konfransında atəşkəsin tarixi və tətbiqi müddəti barədə məlumat verilib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri bildirib ki, atəşkəsin vaxtının uzadılması Yəməndəki vəziyyətdən asılıdır.

Qeydə edək ki, atəşkəsin tətbiq olunmasında məqsəd dinc sakinlərə humanitar yardımın çatdırılmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi