Yəməndə husilər 40-dan çox jurnalisti girov götürüblər

Yəməndə husilər 40-dan çox jurnalisti girov götürüblər Üsyançılar "Yemen Today" telekanalının binasını ələ keçiriblər
Digər ölkələr
5 Dekabr , 2017 04:57
Yəməndə husilər 40-dan çox jurnalisti girov götürüblər

Bakı. 5 dekabr. REPORT.AZ/ Yəməndə husilər paytaxt Sənanın mərkəzində yerləşən televiziya mərkəzini ələ keçirərək, 41 jurnalisti girov götürüblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə üsyançılarla əlaqəsi olan mənbə məlumat verib.

"Onlar husilər tərəfindən televiziya mərkəzinin binasında saxlanılırlar. Saxlanılanların ümumi sayı 41 nəfərdir", - deyə mənbə bildirib.

Agentliyin həmsöhbəti bununla belə girovların siyahısının kim tərəfindən tərtib edildiyini dəqiqləşdirməyib.

Üsyançılar "Yemen Today" telekanalının binasını ələ keçiriblər. Kütləvi informasiya vasitələri Yəmənin husilərə qarşı üsyana çağıran sabiq prezidenti Əli Abdulla Salehi dəstəkləyirdilər. Dekabrın 4-də isə keçmiş prezidentin ölüm xəbəri yayıldı.

Son xəbərlər

Orphus sistemi