Yuxarı
    Bağlamaq

    ​Yəmən üzrə beynəlxalq konfrans çağırılacaq

    Səudiyyə Ərəbistanı kralı Yəmən iqtisadiyyatının KƏDŞ-ə qoşulması proqramının hazırlanmasını təklif edib

    Bakı. 10 dekabr. REPORT.AZ/ Körfəz Ərəb Dövlətləri Şurası (KƏDŞ) hərbi əməliyyatlar başa çatandan sonra Yəmən üzrə beynəlxalq konfransın çağırılması haqda qərar qəbul edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda KƏDŞ-in zirvə toplantısının yekunu ilə bağlı sənəddə bildirilib.

    Toplantı dekabrın 10-da Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda keçirilib.

    "Yəmənə sabitlik və təhlükəsizlik qayıtdıqdan sonra ölkənin bərpası üzrə beynəlxalq konfrans keçirməyə çağırırıq", - bəyanatda vurğulanıb.

    Sənəddə bildirilib ki, Yəməndə təhlükəsizlik və sabitlik qanuni seçilmiş hakimiyyətin başçılığı ilə həyata keçirilməlidir. Şura üzvləri bir müddət öncə bölgə dövlətlərinin irəli sürdüyü təşəbbüs əsasında Yəməndə münaqişənin dinc yolla həllinin tərəfdarı olduqlarını bildiriblər.

    Səudiyyə Ərəbistanı kralı Salman Yəmən iqtisadiyyatının KƏDŞ-ə qoşulması proqramının hazırlanmasını təklif edib.

    Qeyd edək ki, Yəməndə husi qiyamçıları prezident Abdrabbu Mansur Hadi hakimiyyətinə qarşı silahlı mübarizə aparır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi