Yəmən üsyançıları Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını bildiriblər

Yəmən üsyançıları Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını bildiriblər Səudiyyə hərbçiləri hələlik xəbərə münasibət bildirməyib
Digər ölkələr
21 May , 2017 00:51
Yəmən üsyançıları Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını bildiriblər
Courtesy İmage

Bakı. 21 may. REPORT.AZ/ Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının üsyançıları Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə məxsus qırıcını vurduqlarını bildiriblər.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Əl Mayadeen" telekanalı husilərin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, vurulan Amerika istehsalı olan "F-16" qırıcısıdır. Lakin hərəkatın üzvü ekipajın sağ qalıb-qalmaması və hadisənin Yəmənin hansı vilayətində baş verdiyini açıqlamayıb.

Səudiyyə hərbçiləri hələlik xəbərə münasibət bildirməyiblər. 

Son xəbərlər

Orphus sistemi