Yaponiyanın Hərbi Hava Qüvvələrinin keçmiş qərargah rəhbəri həbs edilib
Digər ölkələr
- 14 aprel, 2016
- 02:10
Bakı. 14 aprel. REPORT.AZ/ Tokio Prokurorluğu Yaponiyanın Hərbi Hava Qüvvələrinin keçmiş qərargah rəhbəri Tosio Tomoqamini həbs edib.
"Report"un məlumatına görə, o, paytaxt qubernatoru vəzifəsinə keçirilmiş seçkilərdən sonra komandasının üzvlərinə qanunsuz pul ödəmələrində şübhəli bilinir.
Tomoqami 2014-cü ildə Tokioda keçirilmiş qubernator seçkilərində iştirak edib. Lakin məğlub olub.
"Kiodo" xəbər agentliyinin məlumatına görə, keçmiş hərbi qulluqçu Tokionun qubernator seçkilərində məğlubiyyətindən sonra öz komandasının üzvlərinə qeyri-leqal pul mükafatlarını ödəmək barədə göstəriş verib. Bu, Yaponiyada qüvvədə olan seçki qanunvericiliyinin pozulmasıdır.
Tomoqami ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
Son xəbərlər
18:17
Azərbaycanın dağ xizəkçisi XXV Qış Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb - YENİLƏNİB-2
Fərdi18:00
Aİ səfiri Azərbaycan xalqını müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib
Xarici siyasət17:59
Azərbaycanda ötən il istehlakçı hüquqları üzrə 54 protokol tərtib edilib
Biznes17:58
Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr17:56
Foto
Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib
Komanda17:53
İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir
Daxili siyasət17:52
Azərbaycan iki Latın Amerikası ölkəsinə sürtkü yağları ixrac etməyə başlayıb
Energetika17:49
Fransa klubunun yeni baş məşqçisi müəyyənləşib
Futbol17:46