Yaponiyanın Baş naziri Fumio Kisida 2023-cü ilin dekabrına qədər rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasında (LDP) maliyyə hesabatlarının pozulması ilə bağlı qalmaqal fonunda fraksiyanı buraxmaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Nəşr hökumət başçısının sözlərindən sitat gətirib: “Mən ləğvetmə imkanlarını araşdırıram. Əgər onun həyata keçirilməsi əhalinin siyasətə inamını bərpa edəcəksə, biz bu variantı nəzərdən keçirməliyik”.
Nəşr qeyd edib ki, Kisidanın bunu etmək niyyəti digər LDP fraksiyalarının da dağılmasına səbəb ola bilər.
“Kyodo” agentliyinin məlumatına görə, qalmaqalla bağlı Yaponiya prokurorları LDP-nin keçmiş baş katibi Tosihiro Nikainin daxili partiya qrupunun keçmiş mühasibinə, həmçinin fraksiya mühasibinə qarşı maliyyə hesabatlarının pozulması ilə bağlı iş açmağa hazırlaşır.
Agentlik bundan əvvəl “Kisida” fraksiyasının keçmiş mühasibinə qarşı da oxşar işin açılacağını bildirib.