Yaponiyada zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatdı - YENİLƏNİB-2

Yaponiyada zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatdı - YENİLƏNİB-2 Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 124 nəfərə çatıb
Digər ölkələr
252
14 Fevral , 2021 13:30
Yaponiyada zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatdı - YENİLƏNİB-2

Yaponiyada dünən 7,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 150 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, xəsarət alanların çoxu yeraltı təkanların daha güclü qeydə alındığı Miyaqi və Fukusima prefekturasının sakinlərdir.

Milli Meteorologiya İdarəsi həftə ərzində bir neçə yeraltı təkanın baş verəcəyi barədə xəbərdar edib.

11:23

Yaponiyada 7,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 144 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb.

Məlumata görə, xəsarət alanların çoxu yeraltı təkanların daha güclü qeydə alındığı Miyaqi və Fukusima prefekturasının sakinlərdir.

Ölkənin Milli Meteorologiya İdarəsi həftə ərzində bir neçə yeraltı təkanın baş verəcəyi barədə xəbərdar edib.

Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,13 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Fukusima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib ki, zəlzələ nəticəsində nüvə obyektlərinə ziyan dəyməyib.

08:50

Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 124 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Yaralıların əksəriyyəti yeraltı təkanların ən çox hiss olunduğu Miyaqi və Fukusima prefekturalarının sakinləridir.

Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,13 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib ki, zəlzələ nəticəsində nüvə obyektlərinə ziyan dəyməyib.

Son xəbərlər

Orphus sistemi