Yaponiyada leysan səbəbindən milyon yarımdan çox evin sakini təxliyə ediləcək

Yaponiyada leysan səbəbindən milyon yarımdan çox evin sakini təxliyə ediləcək Yaponiyanın qərb və cənub bölgələrində güclü yağışlara görə təxminən 1,5 milyon evin sakinlərinə təxliyə çağırışı edilib.
Digər ölkələr
13 Avqust , 2021 14:57
Yaponiyada leysan səbəbindən milyon yarımdan çox evin sakini təxliyə ediləcək

Yaponiyanın qərb və cənub bölgələrində güclü yağışlara görə təxminən 1,5 milyon evin sakinlərinə təxliyə çağırışı edilib.

“Repor” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi açıqlama yayıb.

Qurum Kyuşu, Şikoku və Honşu bölgələrində torpaq sürüşmələrinin baş verə biləcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Baş nazir Suğa Yoşihide təbii fəlakət bölgəsində görüləcək tədbirləri müzakirə etmək üçün hökumətin təcili toplantısını keçirib.

Nazirlər Kabinetinin iclasından sonra Niiqata, Toyama, Gifu, Ehime, Fukuoka, Saqa, Naqasaki, Xirosima, Kumamoto, Oita və Kaqoşima əyalətlərində dövlətin uyğun qurumlarına bir milyon 560 min evin sakininin təxliyəsi barədə xəbərdarlıq edilib.

Yanğın və Təbii Fəlakətə qarşı Mübarizə İdarəsi isə sel sürüşməsi nəticəsində itkin düşən iki nəfərin axtarışlarının davam etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi