Yaponiyada içərisində 34 turistin olduğu avtobus aşıb

Digər ölkələr
  • 17 dekabr, 2017
  • 15:14
Yaponiyada içərisində 34 turistin olduğu avtobus aşıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Yaponiyanın Hokkaydo adasında qarla örtülmüş yolda turistləri daşıyan avtobus aşıb.

“Report” "Sinxua"ya istinadən xəbər verir ki, avtobus Cənubi Koreyadan olan turistləri daşıyırmış.

Bildirilir ki, sürücü və sərnişinlər xəstəxanaya yerləşdirilib. Onların bəziləri ciddi xəsarət alıb.