Yuxarı
    Bağlamaq

    ​Yaponiyada güclü qasırğa iki nəfərin ölümünə səbəb olub

    Nanqka tufanı nəticəsində 33 nəsər xəsarət alıb

    Bakı. 17 İyul. REPORT.AZ/ Yaponiyanın Sikoku adasında baş verən "Nanqka" qasırğası nəticəsində iki nəfər həyatını itirib.

    "Report" NHK telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ən azı 33 nəfər xəsarət alıb.

    Torpaq sürüşməsi və su basma təhlükəsi səbəbindən 360 mindən çox insana evlərini tərk etmək tövsiyə edilib. Xüsusi olaraq onlar üçün məktəb və digər müəssisələr hazırlanıb.

    Sikokuda dəmir yolu operatorları ötən gün axşama olan bütün reysləri ləğv ediblər. Bu reyslərin əhəmiyyətli hissəsi cümə gününə də aid edilib. Bundan əlavə, cümə axşamı yerli aviaşirkətlər 200-dən çox reysi ləğv etmək məcburiyyətində qalıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi