Yaponiyada güclü qar yağması azı 120 nəfərə ziyan vurub
Digər ölkələr
- 18 yanvar, 2016
- 06:47
Bakı. 18 yanvar. REPORT.AZ/ Yaponiyanın şimal-şərq və şərq hissəsinə, o cümlədən paytaxt regionuna güclü qar yağması azı 120 nəfərə ziyan vurub. "Report"un TASS-a istinadən məlumatına görə, zərərçəkənlərin əsas hissəsi paytaxt Tokio, eləcə də Tiba və Saitama prefekturalarının sakinləridir.
Güclü qar yağışı nəqliyyatın işində də ciddi fəsadlara yol açıb. Yaponiyanın "Japan Airlines" və "All Nippon Airways" daşıma şirkətlərinin məlumatına görə, indiyə qədər artıq 177 təyyarə reysi ləğv edilib. Uçuş cədvəlindəki dəyişikliklər əsasən daxili marşrutlara aid olub.
Yaponiyanın dəmir yolları operator-şirkəti "JR East" isə onlarla qatar reysinin ləğv edildiyini açıqlayıb. Bu reyslər əsasən Tokiodan ölkənin dağlıq rayonlarına olanlardır.
Son xəbərlər
04:06
NORAD hərbi təyyarələri ABŞ-nin Qrenlandiyadakı bazasına gələcək
Digər ölkələr03:43
Kim Çen İn ictimai mərasimdə baş nazirin müavinini vəzifəsindən azad edib
Digər ölkələr03:11
Türkiyədə qar uçqunu nəticəsində bir nəfər ölüb
Region02:46
Britaniya Norveçdəki hərbi mövcudluğunu iki dəfə artıracaq
Digər ölkələr02:04
Miçiqanda 100-dən çox avtomobil toqquşub, xəsarət alanlar var
Digər ölkələr01:43
Yerdə güclü geomaqnit qasırğası başlayıb
Elm və təhsil01:17
Əraqçi Davosdakı çıxışının ləğv edilməsinə münasibət bildirib
Region01:09
Dubaydan Kazana uçan təyyarə Bakıya məcburi eniş edib
İnfrastruktur00:51