Yaponiyada 1,7 min nəfər tayfuna görə hava limanında gecələyib
Digər ölkələr
- 16 avqust, 2019
- 01:46
Yaponiyada azı 1,7 min nəfər "Krosa" tayfununa görə hava reyslərinin ləğv edilməsi səbəbindən gecəni Osaka şəhərinin hava limanında keçirib.
"Report"un məlumatına görə, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, hava limanının administrativ rəhbərliyi sərnişinlərə pulsuz su və yataq kisələri paylayıb. Sərnişinlər hava limanının döşəməsində yatmağa məcbur olublar.
Məlumata görə, cümə axşamı 250-ə yaxın reys təxirə salınıb. Yaponiyada tayfun nəticəsində 1 nəfər həlak olub, daha 49 nəfər xəsarət alıb.
Hazırda tayfun Hokkaydo adası istiqamətində irəliləyir. Küləyin gücü saniyədə 25 metrə çatır.
Daha əvvəl bildirilib ki, Yaponiyanın qərb bölgələrində “Krosa” tayfununa görə 580 minədək sakinin təxliyyəsinə hazırlıq görülür.
Son xəbərlər
10:57
Həbs qətimkan tədbirləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə olunub
Daxili siyasət10:56
Şavkat Mirziyoyev: "Özbəkistan kritik minerallar üzrə 1,6 milyard dollarlıq 70-dən çox layihənin icrasına başlayıb"
Region10:55
"Mançester Siti" Fil Fodenin müqaviləsinin müddətinin uzadılması üçün danışıqlara başlayıb
Futbol10:48
AMB milli və xarici valyutada əməliyyatların aparılması qaydalarını dəyişib
Maliyyə10:44
Okamponun ifşası böyük bir qərəzli şəbəkənin üstünün açılmasının ilkin mərhələsidir - RƏY
Xarici siyasət10:40
DSMF 4 ayda 7 mindən çox vətəndaş müraciətini cavablandırıb
Sosial müdafiə10:39
"Bank Respublika" sahibkarlara "34 GÜN - 34% ENDİRİM" kampaniyasına start verib
Maliyyə10:36
Şavkat Mirziyoyev ADB çərçivəsində süni intellekt üzrə xüsusi proqram yaradılmasını irəli sürüb
Digər ölkələr10:35