Yaponiya tam peyvənd olunmuş şəxslər üçün 3 günlük izolyasiya qaydasını ləğv edib

Digər ölkələr
  • 04 dekabr, 2021
  • 07:16
Yaponiya tam peyvənd olunmuş şəxslər üçün 3 günlük izolyasiya qaydasını ləğv edib

Yaponiya xüsusi karantin məntəqələrində 3 günlük izolyasiya tələbini tam peyvənd olunmuş və virusun yeni ştamı qeydə alınmamış ölkələrdən gələn şəxslər üçün ləğv edib. 

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Həmin şəxslər 2 həftəlik karantin müddətini öz evlərində keçirə biləcəklər.

Bu tədbirlər xüsusi karantin məntəqələrində boş yerlərin olmaması ilə bağlıdır, çünki omikron ştamının yayıldığı ölkələrdən gələn şəxslər 10 günlük izolyasiyaya alınırlar.