Yaponiya Silahlı Qüvvələri “Osprey” konvertoplanının istifadəsini dayandırıb
Digər ölkələr
- 30 noyabr, 2023
- 04:45
Yaponiya Özünümüdafiə Qüvvələri çərşənbə günü konvertoplanın qəzaya uğramasının tam şəraiti aydınlaşana qədər öz sərəncamında olan “Osprey”lərin istifadəsini dayandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno növbəti mətbuat konfransında bildirib.
“Özünümüdafiə Qüvvələrinin “Osprey”inə gəlincə, onların istifadəsi hadisənin səbəbləri aydınlaşana qədər dayandırılıb”, - o qeyd edib.
Matsuno vurğulayıb ki, ABŞ “Osprey” hava gəmisinin qəzaya uğraması yerli sakinlər arasında həddindən artıq narahatlığa səbəb olub.
Yaponiya Özünümüdafiə Qüvvələri hazırda xidmətdə olan 14 “Osprey”ə malikdir. Saqa prefekturasında baza yaratmaqla onların sayını 17-yə çatdırmaq planlaşdırılır.
Son xəbərlər
06:30
Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:20
FTB Braun universitetində atəş şəxs haqqında məlumat verənə mükafat vəd edib
Digər06:03
Çin səfirliyi Böyük Britaniyaya xəbərdarlıq edib
Digər ölkələr05:50
Politico: ABŞ Ukraynaya ultimatum verib, təhlükəsizlik müqabilində ərazilərindən imtinanı tələb edib
Digər ölkələr05:39
Braziliyada Azadlıq heykəlinin surəti güclü külək səbəbindən çöküb
Digər ölkələr05:13
"Könüllülər koalisiyası" Ukrayna ərazisinə qoşun yerləşdirmək üçün planlar hazırlayıb
Digər ölkələr04:38
Azərbaycan Mərkəzi Asiyada sərhəd mübahisələrinin dinc yolla həllini dəstəklədiyini bəyan edib
Xarici siyasət04:09
İspaniya millisinin sabiq futbolçusu Lionel Messinin komanda yoldaşı olub
Futbol03:41