Yaponiya imperatorunun istefa verməsinə imkan yaradacaq qanun layihəsi hazırlanıb

Yaponiya imperatorunun istefa verməsinə imkan yaradacaq qanun layihəsi hazırlanıb Qanun yalnız 83 yaşlı imperator Akihitoya şamil ediləcək
Digər ölkələr
17 Aprel , 2017 10:23
Yaponiya imperatorunun istefa verməsinə imkan yaradacaq qanun layihəsi hazırlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Yaponiya hökuməti mayın 19-da ölkə parlamentinə imperator Akihitoya taxt-tacı tərk etmək və onu varisinə vermək imkanı qazandıracaq xüsusi qanun layihəsi təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Kiodo" xəbər agentliyi etibarlı mənbəyinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Yaponiya hökuməti yeni qanun layihəsinin iyunun 18-də başa çatacaq cari parlament sessiyasının sonuna qədər qəbul ediləcəyinə ümid edir.

Qanun yalnız 83 yaşlı imperator Akihitoya şamil ediləcək. Belə ki, o, ötən il taxt-tacı tərk etmək istədiyini bildirib, amma Yaponiya qanunları buna imkan vermir.

İmperatorun yerinə vəliəhd şahzadə Naruhitonun gələcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi