Yaponiya hökuməti tam tərkibdə istefa verib

Yaponiya hökuməti tam tərkibdə istefa verib Avqustun 10-da Yaponiya hökuməti tam tərkibdə istefa verib.
Digər ölkələr
10 Avqust , 2022 08:02
Yaponiya hökuməti tam tərkibdə istefa verib

Avqustun 10-da Yaponiya hökuməti tam tərkibdə istefa verib.

Bu barədə “Report” “Kyodo” xəbər agentliyinə istinadən məlumat verir.

Ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da ( Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kişidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin tezliklə məlum olacağı gözlənilir.

Kabinet dəyişikliyi əvvəlcə sentyabrın əvvəlində baş verməli idi, lakin Kişida yeni kapitalizm iqtisadi konsepsiyasının təşviqini sürətləndirmək planları, ərzaq və yanacağın artması ilə əlaqədar tədbirlər görmək zərurəti səbəbindən bunu indi etmək qərarına gəlib.

Yaponiya hökumətinin bu tərkibi 2021-ci il oktyabrın 4-də Kişida baş nazir postunu tutduğu zaman formalaşıb.

Qeyd edək ki, Yaponiyada son üç həftə ərzində Nazirlər Kabinetinin reytinqi 10 faizədək aşağı düşüb. Bunun səbəbi kimi, ilk növbədə ölkə daxilində baş verən proseslər – inflyasiya və siyasətçilərin “Birlik kilsəsi” ilə şübhəli əlaqəsi göstərilir. Buna baxmayaraq, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumətin xarici siyasətdə dəyişikliklər aparacağı gözlənilmir.

İngilis versiyası Japan's government resigns

Son xəbərlər

Orphus sistemi