Yaponiya BKS üçün yük gəmisi daşıyan raketi uğurla kosmosa buraxıb
Digər ölkələr
- 26 oktyabr, 2025
- 06:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (YATA) yeni "HTV-X1" kosmik yük gəmisini orbitə çıxaran "H3" ağır daşıyıcı raketinin uğurlu buraxılışını həyata keçirib.
"Report"un məlumatına görə, ölkənin cənub-qərbində yerləşən Taneqaşima kosmodromundan buraxılışın yayımı JATA tərəfindən həyata keçirilib.
Agentliyin məlumatına görə, hazırda gəmi qida məhsulları və avadanlıq da daxil olmaqla, bir neçə ton yükü çatdıracağı Beynəlxalq Komsik Stansiyaya (BKS) doğru hərəkət edir.
"HTV-X1" 2009-cu ildən istifadə edilən yapon yük gəmisi "HTV"nin təkmilləşdirilmiş versiyasıdır. "H3" maye yanacaqla işləyən Yaponiyanın ən böyük daşıyıcı raketisidir.
Япония успешно запустила ракету с грузовым кораблем для МКС
JAXA launches new cargo spacecraft to International Space Station
Son xəbərlər
16:20
Azərbaycanda yaşayış minimumunu inflyasiyaya uyğun artırmaq təklif olunur
Maliyyə
16:16
Foto
Azərbaycan və Gürcüstan orduları arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib
Hərbi
16:13
MM gələn il üçün yaşayış minimumu və ehtiyac meyarını I oxunuşda qəbul edib
Milli Məclis
16:12
Milli Məclis İSF-nin gələnilki büdcəsini I oxunuşda qəbul edib
Maliyyə
16:12
DSMF-nin gələnilki büdcəsi I oxunuşda qəbul edilib
Maliyyə
16:11
Deputat: "Dövlət büdcəsinin məşğulluğa təsiri ayrıca qiymətləndirilməlidir"
Maliyyə
16:09
Zelenski: Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Digər ölkələr
16:07
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırılıb
Maliyyə
16:03
Kəlbəcərdə 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib
İKT