Yamaykada "Beril" qasırğası ilə əlaqədar evakuasiya elan edilib

Yamaykada "Beril" qasırğası ilə əlaqədar evakuasiya elan edilib Yamaykanın Baş naziri Endryu Holness "Beril" qasırğasının tezliklə tüğyan edəcəyi ərazilərdə yaşayan sakinlərin təxliyəsini elan edib.
Digər ölkələr
4 İyul , 2024 05:13
Yamaykada Beril qasırğası ilə əlaqədar evakuasiya elan edilib

Yamaykanın Baş naziri Endryu Holness "Beril" qasırğasının tezliklə tüğyan edəcəyi ərazilərdə yaşayan sakinlərin təxliyəsini elan edib.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yerləşdirilmiş videomüraciətində bildirib.

"Evakuasiya əmri daşqınlara, torpaq sürüşməsinə və ya dəniz kənarında, yarğanlarda və ya su hövzələrində olan ərazilərdə qüvvədədir. Bütün yamaykalıları evakuasiya bildirişlərinə əməl etməyə çağırırıq", - o deyib.

"Atlantik okeanında əmələ gələn "Beril" əvvəllər Saffir - Simpson miqyasında beşinci, maksimum kateqoriyadan dördüncüyə qədər zəifləyib. Qasırğa Yamaykaya doğru irəliləməyə davam edir.

Qasırğa səbəbindən Karib dənizinin şərqində yeddi nəfər ölüb. Üç nəfər Qranadada, biri Sent-Vinsentdə, üç nəfər Venesuelada təbii hadisənin qurbanı olub.

Son xəbərlər

Orphus sistemi