Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç və müstəqil prezidentliyə namizəd Draqan Primorats seçkilərin ikinci turuna keçiblər.
Digər ölkələr
30 Dekabr , 2024 07:39
Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç və müstəqil prezidentliyə namizəd Draqan Primorats seçkilərin ikinci turuna keçiblər.

“Report” xəbər verir ki, bu barədə “Dnevnik” portalı məlumat yayıb.

Səslərin 99,59 %-nin hesablanmasının nəticələrinə görə, Milanoviç 49,12 %, Primorats isə 19,38 % səs toplayıb. Beləliklə, səkkiz namizəddən heç biri qələbə üçün lazım olan 50 %-dən çox səs toplaya bilməyib.

Seçkilərin ikinci turu 12 yanvar 2025-ci ildə keçiriləcək.

Qeyd edək ki, dekabrın 29-da Xorvatiyada prezident seçkilərinin birinci turu keçirilib. Dövlət Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 45,99 % təşkil edib. Ölkə başçısı vəzifəsinə Milanoviç, Primorats, “Most” partiyasının nümayəndəsi Miro Bul, müstəqil namizəd Tomislav Yoniç, “Mojemo!” sol fraksiyasının lideri İvana Kekin, DOMiNO partiyasının sədr müavini Branka Lozo, müstəqil namizədlər Mariya Selak Raspudiç və Niko Tokiç Kartelo namizədliklərini irəli sürüblər.

Son xəbərlər

Orphus sistemi