"Washington Post": Tramp ABŞ prezidenti seçilən gündən 1 628 yalan bəyanət verib

"Washington Post": Tramp ABŞ prezidenti seçilən gündən 1 628 yalan bəyanət verib Qəzet Donald Trampın yenilənən bəyanətlər bazasını çap edib
Digər ölkələr
15 Noyabr , 2017 11:32
Washington Post: Tramp ABŞ prezidenti seçilən gündən 1 628 yalan bəyanət verib
TNS/ Stephen M. Dowell

Bakı. 15 noyabr. REPORT.AZ/ Donald Tramp ABŞ prezidenti seçilən gündən 1 628 yalan və ya yalnış bəyanətlər verib. 

"Report"un məlumatına görə, bu barədə "The Washington Post" yazıb.

Noyabrın 14-dək D.Tramp prezident postunda 298 gün keçirib, beləliklə, o, orta hesabla gündə 5,5 yalan ifadə verib.

Bildirilir ki, əgər bu tendensiya saxlanılsa, ilin sonuna qədər Tramp təxminən 2 min yalançı bəyanət verəcək, prezidentlik müddətinin (dörd il) sonuna isə bu rəqəm 8 min təşkil edəcək.

Qəzet Donald Trampın yenilənən bəyanətlər bazasını çap edib və onların həqiqiliyini yoxlayıb. Bu mətbuat orqanının hesablamalarına görə, prezident daha çox ABŞ-da işsizliyin səviyyəsi, vergi, fond bazarı və Obamacare səhiyyə proqramından danışarkən səhvlər buraxır. 

Son xəbərlər

Orphus sistemi