Berlində 9 May aksiyalarında azı 10 nəfər saxlanılıb

Berlində 9 May aksiyalarında azı 10 nəfər saxlanılıb Almaniyanın paytaxtı Berlində mayın 9-da keçirilən aksiyalarda polis azı 10 nəfəri saxlayıb.
Digər ölkələr
10 May , 2024 05:23
Berlində 9 May aksiyalarında azı 10 nəfər saxlanılıb

Almaniyanın paytaxtı Berlində mayın 9-da keçirilən aksiyalarda polis azı 10 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılmalar iştirakçıların qadağan olunmuş simvolları: Rusiya Federasiyasının, SSRİ-nin bayraqlarını, "V" və "Z" simvollarını nümayiş etdirməsi səbəbindən baş verib.

Bundan əlavə, polis etirazçıları hərbi forma geydiklərinə və hərbi mahnılar oxuduqlarına görə saxlayıb.

Polis memorialların girişində iştirakçılarda Almaniyada qadağan olunmuş əşyaların və simvolların olub-olmadığını yoxlayıb.

Son xəbərlər

Orphus sistemi