“Washington Post”: ABŞ-da infrastruktur bərbad vəziyyətdədir

“Washington Post”: ABŞ-da infrastruktur bərbad vəziyyətdədir Hakimiyyət infrastrukturun inkişafına dair səmərəli plan ortaya çıxarmayıb
Digər ölkələr
15 Mart , 2021 19:41
“Washington Post”: ABŞ-da infrastruktur bərbad vəziyyətdədir

Ötən on illər ərzində ABŞ-da infrastrukturun inkişafına dövlət büdcəsindən lazımi vəsaitin ayrılmaması üzündən bu sahə acınacaqlı vəziyyətə düşüb.

“Report” “Washington Post”a istinadən xəbər verir ki, son dövrdə hava limanları, genişzolaqlı internet şəbəkələri, elektrik xətləri, limanlar, kanalizasiya, nəqliyyat kimi sahələrin təmiri və təkmilləşdirilməsi üçün lazımi miqdarda vəsait ayrılmaması nəticəsində bir çox şəhərlərdə su kəməri tez-tez sıradan çıxır, avtomobil yollarının yarısına qədəri isə acınacaqlı, yaxud xoşagəlməz vəziyyətdədir.

Rəyi soruşulan ekspertlərin fikrincə, ötən müddət ərzində hakimiyyət ölkə infrastrukturunun inkişafına dair səmərəli bir plan belə ortaya çıxarmayıb.

ABŞ-da elm, təbabət, texnologiya sahələrində tarixi sıçrayışlarla yanaşı, infrastruktur, səhiyyə, əsas xidmətlərdən bərabər istifadə məsələlərində nəhəng boşluqların da göz qabağında olduğu vurğulanır.

Son xəbərlər

Orphus sistemi