​Venesuelada iki quldur dəstəsi arasında atışma baş verib, 6 nəfər ölüb

​Venesuelada iki quldur dəstəsi arasında atışma baş verib, 6 nəfər ölüb Həlak olanlardan 4-ü atışma baş verən zaman ərazidən keçən şəxslər olub
Digər ölkələr
25 İyul , 2016 06:27
​Venesuelada iki quldur dəstəsi arasında atışma baş verib, 6 nəfər ölüb

Bakı. 25 iyul. REPORT.AZ/ Venesuelada iki silahlı quldur dəstəsi arasında baş vermiş atışma zamanı 6 nəfər ölüb. 

"Report"un məlumatına görə, "Universal" qəzetinin elektron versiyası xəbər verib.

Məlumata görə, həlak olanlardan 4-ü atışma baş verən zaman ərazidən keçən şəxslər olub, 2 nəfər isə quldur dəstəsinin üzvləri imiş.

Hadisə zamanı azı üç nəfərin yaralandığı bildirilir.

Bir qədər əvvəl ölkənin daxili işlər, ədliyyə və təhlükəsizlik naziri Qustavo Qonzales Lopes bildirib ki, bu ilin əvvəlindən təhlükəsizlik sahəsində Venesuelada vəziyyət 2015-ci illə müqayisədə xeyli yaxşılaşıb. Ötən il ərzində təxminən 160 quldur dəstələrini zərərsizləşdirmək mümkün olub. Əməliyyatlar zamanı 2,4 min nəfər həbs edilib və təxminən 1,5 min ədəd odlu silah müsadirə olunub.

Son xəbərlər

Orphus sistemi