Venesuela rəsmi olaraq 24-cü Qayana-Essekibo ştatının xəritəsini təqdim edib

Venesuela rəsmi olaraq 24-cü Qayana-Essekibo ştatının xəritəsini təqdim edib Venesuela Milli Assambleyasının (Parlament) sədri Xorxe Rodriqes Qayana Kooperativ Respublikası ilə mübahisəli ərazidəki 24-cü Qayana-Essekibo ştatı ilə ölkənin yeni coğrafi xəritəsini təqdim edib.
Digər ölkələr
9 Dekabr , 2023 05:40
Venesuela rəsmi olaraq 24-cü Qayana-Essekibo ştatının xəritəsini təqdim edib

Venesuela Milli Assambleyasının (Parlament) sədri Xorxe Rodriqes Qayana Kooperativ Respublikası ilə mübahisəli ərazidəki 24-cü Qayana-Essekibo ştatı ilə ölkənin yeni coğrafi xəritəsini təqdim edib.

"Report"un məlumatına görə, yeni ştatın göstərildiyi yenilənmiş xəritənin parlamentdə təqdimat mərasimini "Venezolana de Televisión" telekanalı yayımlayıb.

Xəritə Federal Qanunvericilik Sarayının Konstitusiyalar Salonunda yerləşdirilib.

Parlament rəhbərinin sözlərinə görə, “xəritə xatırlatmalıdır ki, heç bir venesuelalı xarici maraqları, Bolivar xalqına və ərazisinə qarşı düşmənçilik hərəkətləri edən transmilli neft şirkətlərinin və xarici dövlətlərin maraqlarını müdafiə etmir”.

Venesuela Prezidenti Nikolas Maduro daha əvvəl minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə ölkənin yeni coğrafi xəritəsi haqqında fərman imzalayıb və elan edib. Xəritəni nümayiş iştirakçılarına göstərib və onu bütün məktəblərə, liseylərə və evlərə çatdırmağı tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi