Venesuela prezidenti siyasi məhbusları azad etməyə razılıq verib

Venesuela prezidenti siyasi məhbusları azad etməyə razılıq verib Bakı. 1 iyun. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ilə 4 müxalifət qubernatoru arasında keçən görüşdə siyasi məhbusların 1 gün ərzində azad edilməsi barədə razılaşma əldə olunub.
Digər ölkələr
1 İyun , 2018 07:58
Venesuela prezidenti siyasi məhbusları azad etməyə razılıq verib

Bakı. 1 iyun. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ilə 4 müxalifət qubernatoru arasında keçən görüşdə siyasi məhbusların 1 gün ərzində azad edilməsi barədə razılaşma əldə olunub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə görüş iştirakçılarından biri – Taçira ştatının qubernatoru Leydi Qomes məlumat yayıb.

O, bildirib ki, görüş Karakasdakı "Miraflores" prezident sarayında keçirilib.

"Prezidentin cavabı belə oldu – yaxın 24 saat ərzində məhbusların azad edilməsinə başlanılacaq. Biz isə bütün siyasi məhbusların azadlığa buraxılması prosesində iştiraka hazır olmalıyıq", - deyə Qomes dövlət televiziyasının efirində bildirib.

Mayın 20-də keçirilən prezident seçkilərində yenidən qalib gələn Maduro bildirib ki, siyasi zorakılığa görə saxlanılan və həbs edilən müxalifətçilərin azad edilməsinə nail olacaq. Artıq Suliya ştatında 20 nəfər azadlığa buraxılıb. 

Son xəbərlər

Orphus sistemi