Venesuela Ali Məhkəməsi parlamentin prezident Maduronun istefası barədə qərarını ləğv edib - YENİLƏNİB

Venesuela Ali Məhkəməsi parlamentin prezident Maduronun istefası barədə qərarını ləğv edib - YENİLƏNİB Qərarın lehinə deputatların əksəriyyəti -106 nəfər səs verib
Digər ölkələr
10 Yanvar , 2017 03:31
Venesuela Ali Məhkəməsi parlamentin prezident Maduronun istefası barədə qərarını ləğv edib - YENİLƏNİB

Bakı. 10 yanvar. REPORT.AZ/ Venesuela Ali Məhkəməsi parlamentin prezident Nikolas Maduronun istefası haqqında qərarını konstitusiyaya zidd elan edərək rədd edib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" "TeleSur" telekanalına istinadən bildirib.

"Venesuela Ali Məhkəməsi Milli Məclisin deputatlarının prezident Maduronun vəzifəsindən kənarlaşdırmaqla əlaqədar növbəti cəhdinin qarşısını alıb. Maduronu devirmək üçün səsvermə və yeni seçkilərə hazırlıq konstitusiya ziddir", - xəbərdə deyilir.

Qeyd edilir ki, Ali Məhkəmədən həmçinin qanunverici orqanın konstitusiya çərçivəsindən kənara çıxan səlahiyyətlərlə bağlı qərarlar qəbul etməyə malik olmadığı bildirilib.

Qeyd edək ki, prezident Nikolas Maduronun səlahiyyət müddəti 2019-cu ildə başa çatır.



***00:54

Venesuela parlamenti bazar ertəsi öhdəlikləri icra etməməsi səbəbindən prezident Nikolas Maduronun postunu uzaqlaşdırılması barədə qərarı bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Məlumata görə, qərarın lehinə deputatların əksəriyyəti - 106 nəfər səs verib. Hökümətyönlü deputatlar səsvermənin başlanğıcında zalı tərk ediblər.

"El Nacional" vurğulayır ki, deputatlar konstitusiyanın 233-cü maddəsi çərçivəsində hərəkət ediblər. Bu, prezidentin səlahiyyətlərini icra etmədiyi təqdirdə yeni prezident seçkilərinin keçirilməsini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi