Vaşinqtonda İsrailə dəstək yürüşü keçirilir

Vaşinqtonda İsrailə dəstək yürüşü keçirilir ABŞ-nin paytaxtı Vaşinqtonun mərkəzi bulvarında İsrailə dəstək yürüşü başlayıb.
Digər ölkələr
14 Noyabr , 2023 23:33
Vaşinqtonda İsrailə dəstək yürüşü keçirilir

ABŞ-nin paytaxtı Vaşinqtonun mərkəzi bulvarında İsrailə dəstək yürüşü başlayıb.

“Report” xəbər verir ki, yürüş iştirakçıları Corc Vaşinqton abidəsi yaxınlığında, eləcə də Kapitol binasının qarşısına toplaşıblar.

İsrail bayrağının rənglərində geyinmiş fəallar üzərində “Biz İsrailin yanındayıq!”, “Atəşkəs yoxdur!”, “HƏMAS-ı məhv edin”, “İsrail torpağı yəhudilərindir” kimi şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları HƏMAS tərəfindən saxlanılan girovların dərhal azad edilməsini müdafiə tələb edirlər.

Yürüş Şimali Amerika Yəhudi Federasiyaları tərəfindən təşkil olunub və 200 minə yaxın insan qatılıb.

Aksiya sakit şəkildə davam edir. Heç bir insident qeydə alınmayıb. Asayişi qorumaq üçün Vaşinqtonun mərkəzində çoxsaylı polis dəstələri növbətçilik aparır.

Son xəbərlər

Orphus sistemi