Vaşinqtonda baş verən toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb

Vaşinqtonda baş verən toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb ABŞ-ın paytaxtı Vaşinqtonda Konqresin binası qarşısında prezident seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla baş verən toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb.
Digər ölkələr
7 Yanvar , 2021 01:03
Vaşinqtonda baş verən toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb
0 : 00
0 : 00

ABŞ-ın paytaxtı Vaşinqtonda Konqresin binası qarşısında prezident seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla baş verən toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Qeyd edilir ki, yaralı polis əməkdaşlarından biri xəstəxanaya yerləşdirilib.

"RİA Novosti" agentliyinin hadisə yerində olan əməkdaşı isə polis əməkdaşlarının Kapitoli binasına soxulmaq istəyən etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etdiyini xəbər verib. Qeyd edilir ki, bir qrup aksiyaçı Kapitolinin şimal fasadından içəri daxil olmaq istəyib. Bu zaman polis əməkdaşları onlara qarşı gözyaşardıcı qaz tətbiq edib. Hadisə zamanı azı bir etirazçı xəsarət alıb. Etirazçılar uca səslə polislərə "Ayıb olsun!" deyiblər.

Son xəbərlər

Orphus sistemi