Qəzza sektorunda sülhün əldə edilməsi uşaqları poliomielit virusundan qorumaq üçün yeganə effektiv uzunmüddətli dərmandır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
O, Qəzzada münaqişə tərəflərinin peyvəndlər zamanı humanitar fasilələr yaratmaq öhdəliyini alqışlayıb və hər iki tərəfin ona hörmətlə yanaşacağına ümid etdiyini vurğulayıb.
“Peyvəndləmə kampaniyasının sentyabrın 1-də başlanması planlaşdırılır. Biz müəyyən ərazilərdə humanitar fasilələr tətbiq etmək və kampaniyanın davam etməsi üçün evakuasiya əmrlərini dayandırmaq öhdəliyini alqışlayırıq. Ancaq yeganə uzunmüddətli dərman sülhdür. Qəzzanın bütün uşaqlarını qorumağın yeganə yolu atəşkəsdir”, - o deyib.