ÜST: Dünyada son gündə koronavirusa 203 min yoluxma aşkarlandı

ÜST: Dünyada son gündə koronavirusa 203 min yoluxma aşkarlandı Dünyada koronavirusa yoluxma hallarının sayı son sutkada 203 mindən çox artaraq, 11,1 milyonu ötüb.
Digər ölkələr
460
5 İyul , 2020 22:58
ÜST: Dünyada son gündə koronavirusa 203 min yoluxma aşkarlandı
0 : 00
0 : 00

Dünyada koronavirusa yoluxma hallarının sayı son sutkada 203 mindən çox artaraq, 11,1 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, son sutkada dünyada təhlükəli virusdan ölüm hallarının sayı 5 mindən çox artıb.

Qeyd edilir ki, indiyədək koronavirusa 11 125 245 yoluxma və 528 204 ölüm qeydə alınıb.

Şimali və Cənubi Amerika dünyada virusa yoluxanların sayı üzrə birinci yerdədir. Bu qitədə koronavirusa 5 697 954 yoluxma təsdiqlənib. Göstərici bir gün ərzində 122 472 yoluxma ilə bir qədər də artıb. Son sutkada virusdan ölənlərin sayı 3 444 nəfər təşkil edib və ümumilikdə 262 538-ə yüksəlib.

Avropada 2 774 221 yoluxma və 199 879 ölüm qeydə alınıb. Son 24 saatda virusa yoluxanların sayı 16 665 nəfər, ölənlərin sayı 369 nəfər artıb.