ÜST: Dünyada koronavirusa daha 166,7 min insan yoluxub

ÜST: Dünyada koronavirusa daha 166,7 min insan yoluxub Son gün ərzində dünyada koronavirusa yeni 166735 yoluxma və 4 496 ölüm qeydə alınıb.
Digər ölkələr
20 İyul , 2020 01:58
ÜST: Dünyada koronavirusa daha 166,7 min insan yoluxub
0 : 00
0 : 00

Son gün ərzində dünyada koronavirusa yeni 166 735 yoluxma və 4 496 ölüm qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün son məlumatlarına görə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 14 043 176-ya çatıb, COVID-19-dan 597 583 pasiyent ölüb.

Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə koronavirus 7 376 748 insanda aşkarlanıb. Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. "Köhnə qitə"də COVID-la bağlı 3 060 525 testin nəticəsi müsbət olub.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi