Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus infeksiyasının hələlik pik nöqtəyə çatmadığını açıqlayıb.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Eyni zamanda ÜST Avropa ölkələrində yoluxmanın yavaşladığını vurğulayıb: “Avropanın bəzi ölkələrində yoluxma faktlarının günlük sayında yüngül azalma olsa da, Türkiyə və İngiltərədə bunun əksi müşahidə edilir”.
ÜST yoluxma hallarının 90%-nin Avropa və ABŞ-da qeydə alındığını da vurğulayıb: “12 aydan daha tez müddətdə vaksinin hazırlanacağını gözləməyin”.
Qeyd edək ki, koronavirus qurbanlarının sayı Böyük Britaniyada 11 329, Türkiyədə isə 1 296 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 934 000-i ötüb. Bunların 456 737 nəfəri sağalıb, 120 438 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.