Böyük Britaniyada son 24 saatda daha 717 nəfər koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 11 329-a çatıb.
Məlumatda həmçinin daha 4 342 nəfərdə koronavirus aşkarlanıb və bununla da krallıqda infeksiya daşıyıcılarının sayı 88 621-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 872 000-i ötüb. Bunların 434 778 nəfəri sağalıb, 116 027 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.