Türkiyədə koronavirusdan ölənlərin sayı 1 296-ya çatdı
- 13 aprel, 2020
- 16:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə daha 98 nəfər pandemiyanın qurbanı olub.
“Report”un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 296 nəfərə çatıb.
"Bu gün 34 456 test keçirilib, 4 093 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 61 049 nəfərdir. Bu gün daha 511 pasiyent sağaldı, ümumi say 3 957 nəfərdir", - nazir deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 888 000-i ötüb. Bunların 438 176 nəfəri sağalıb, 117 585 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.