ÜST Avropada "Zika" virusunun yayılacağı təhlükəsi barədə xəbərdarlıq edib

ÜST Avropada "Zika" virusunun yayılacağı təhlükəsi barədə xəbərdarlıq edib "Avropanın 18 ölkəsində "Zika" virusunun yayılması ehtimalı orta kimi dəyərləndirilir"
Digər ölkələr
18 May , 2016 17:21
ÜST Avropada Zika virusunun yayılacağı təhlükəsi barədə xəbərdarlıq edib

Bakı. 18 may. REPORT.AZ/ Lazımi tədbirlər görülməyəcəyi halda, "Zika" virusu tezliklə Avropada yayıla bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin nəşr olunan hesabatında deyilir.

"Təhlükə səviyyəsinin azaldılması üçün lazımi tədbirlərin görülməyəcəyi təqdirdə, Avropanın 18 ölkəsində "Zika" virusunun yayılması ehtimalı orta kimi dəyərləndirilir. Madeyra adasında və Qara dənizin şimal-şərq sahillərində isə ehtimal yüksək dəyərləndirilir", - deyə sənəddə qeyd edilib.

Son xəbərlər

Orphus sistemi