Ukraynaya silah tədarükü ilə bağlı qrupun iclası keçiriləcək

Ukraynaya silah tədarükü ilə bağlı qrupun iclası keçiriləcək Yaxın günlərdə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb dövlətlərinin görüşü keçiriləcək.
Digər ölkələr
3 Yanvar , 2025 22:05
Ukraynaya silah tədarükü ilə bağlı qrupun iclası keçiriləcək

Yaxın günlərdə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb dövlətlərinin görüşü keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

“İnanıram ki, yaxın günlərdə siz Ramştayn formatının yeni iterasiyasını görəcəksiniz”, - deyə o qeyd edib.

Con Kirbi, görüşün vaxtı haqqında danışarkən deyib: “Görüşün idarəmizin müddətinin sonuna qədər (20 yanvar -Qeyd) baş tutacağı qətidir”.

Eyni zamanda o, təfərrüatlara varmadan təsdiqləyib ki, paralel olaraq ABŞ Ukraynaya daha bir hərbi yardım ayıracaq:

“Ukraynaya gəldikdə, mən inanıram ki, yaxın günlərdə təhlükəsizlik yardımı ilə bağlı əlavə məlumatlar ala bilərsiniz. Bəlkə Pentaqon sizə daha çox məlumat verə bilər”.

Son xəbərlər

Orphus sistemi