Ukraynada 200 milyon avro oğurluğa görə axtarışda olan Fransa vətəndaşı saxlanılıb

Ukraynada 200 milyon avro oğurluğa görə axtarışda olan Fransa vətəndaşı saxlanılıb O, beş ildən çox müddətdə Avropa ölkələrində ədalətdən gizlənib
Digər ölkələr
19 Avqust , 2017 16:10
Ukraynada 200 milyon avro oğurluğa görə axtarışda olan Fransa vətəndaşı saxlanılıb

Bakı. 19 avqust. REPORT.AZ/ Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları 200 milyon avro oğurluğa görə beynəlxalq axtarışda olan Fransa vətəndaşını saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, UTX Fransa məhkəməsi tərəfindən Avropa şirkətlərindən 200 milyon avro oğurladığına görə məhkum edilmiş Fransa vətəndaşının ölkədə olması barədə məlumat əldə edib. Üç gün əvvəl Ukraynaya gəldiyini müəyyənləşdirən təhlükəsizlik qüvvələri onu saxlayıblar. O, beş ildən çox müddətdə Avropa ölkələrində ədalətdən gizlənə bilib.

Məlumata görə, onunla yanaşı, Avropa İttifaqı ərazisində cinayət törətdiyinə görə beynəlxalq axtarışda olan başqa əcnəbi də saxlanılıb.

Son xəbərlər

Orphus sistemi