Ukrayna XİN: Səfərbərlik yaşına dair qərar üçün ABŞ ilə təmasları gözləmək lazımdır

Ukrayna XİN: Səfərbərlik yaşına dair qərar üçün ABŞ ilə təmasları gözləmək lazımdır Ukraynada səfərbərlik yaşı məsələsi hələ də ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə müzakirə edilməyib.
Digər ölkələr
23 Yanvar , 2025 23:34
Ukrayna XİN: Səfərbərlik yaşına dair qərar üçün ABŞ ilə təmasları gözləmək lazımdır

Ukraynada səfərbərlik yaşı məsələsi hələ də ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə müzakirə edilməyib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxin jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səfərbərlik yaşı ilə bağlı tərəflər arasında təmasları gözləmək lazımdır: “Təmaslar hələ başlamayıb. Təmaslar başlayanda, hansı məsələlərin müzakirə olunduğunu deyə biləcəyik. Bu barədə danışmaq hələ tezdir”.

Qeyd edək ki, ötən ilin sonunda məlum olub ki, ABŞ dəfələrlə Ukraynanı səfərbərlik yaşını 18 yaşa endirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi