Ukrayna XİN: "F-16-ların Ukraynaya tədarükü prosesi yaxın zamanda başlayacaq"

Ukrayna XİN: "F-16-ların Ukraynaya tədarükü prosesi yaxın zamanda başlayacaq" “F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü ilə bağlı bizə vəd verən konkret ölkələr var. Proses yaxın zamanda başlayacaq”.
Digər ölkələr
14 İyul , 2023 11:56
Ukrayna XİN: F-16-ların Ukraynaya tədarükü prosesi yaxın zamanda başlayacaq

“F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü ilə bağlı bizə vəd verən konkret ölkələr var. Proses yaxın zamanda başlayacaq”.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba telemarafonun efirində deyib.

Onun sözlərinə görə, artıq veriləcək qırıcıların sayı da məlumdur: “Eyni zamanda, təlimlərin başlanma tarixləri barədə razılıq da artıq əldə olunub”.

Nazir konkret olaraq hansı ölkənin Ukraynaya vəd verdiyini açıqlamayıb: “Proses tezliklə başlayacaq və hər şey plana uyğun olacaq”.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya F-16-ların tədarükünə əminliyini ifadə etmişdi.

Son xəbərlər

Orphus sistemi