Ukrayna XİN başçısı NATO Baş katibi ilə silah tədarükünü müzakirə edib
Ukrayna XİN başçısı NATO Baş katibi ilə silah tədarükünü müzakirə edibUkrayna xarici işlər naziri Dmitro Kuleba NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil qərargahında Alyansın Baş katibi Yens Stoltenberqlə görüşüb.
Ukrayna xarici işlər naziri Dmitro Kuleba NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil qərargahında Alyansın Baş katibi Yens Stoltenberqlə görüşüb.
“Report” xəbər verir ki, Kuleba bu barədə tviterdə yazıb.
O bildirib ki, Stoltenberqlə Ukraynanın uğurlu əks-hücum əməliyyatları üçün silah tədarükünün artırılmasını müzakirə edib:
“Mən, həmçinin Ukraynanın NATO-nun tamhüquqlu üzvü olmaqla bağlı hədəfimi açıqladım”.
During our meeting, NATO Secretary General @JensStoltenberg and I discussed steps to ramp up the production of ammunition so that Ukraine has everything it needs for successful counter-offensive operations. I also outlined Ukraine’s vision for becoming a full-fledged NATO member. pic.twitter.com/WFU7pu2RXI