Ukrayna Tuapse yaxınlığında sanksiya altında olan tankeri vurub
- 29 aprel, 2026
- 13:46
Ukrayna Silahlı Qüvvələri Tuapse limanı (Rusiya, Krasnodar diyarı) yaxınlığında sanksiya altında olan "MARQUISE" tankerini vurub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" sosial şəbəkəsindəki məlumatında deyilir.
"Bu gün səhər Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin bölməsi iki dəniz pilotsuz kateri ilə sanksiyaların tətbiq olunduğu "MARQUISE" gəmisinə (Kamerun bayrağı, yüksüz, yükgötürmə qabiliyyəti 37 min tondan çox) hücum edib", – məlumatda deyilir.
Hücum anında gəmi Tuapse şəhərindən təxminən 210 km cənub-şərqdə, AIS (avtomatik identifikasiya sistemi) siqnalı olmadan dreyfdə idi.
Ehtimala görə, bu gəmi dənizdə başqa bir gəmidən yük qəbul etmək üçün gözləyirdi.
Baş Qərargahdan bildirilib ki, zərbə gəminin arxa hissəsinə dəyib. "MARQUISE" tankeri Ukrayna, Böyük Britaniya, Avropa İttifaqı, İsveçrə, Yeni Zelandiya və Kanadanın sanksiyaları altındadır və Rusiya tərəfindən neft məhsullarının qanunsuz daşınması üçün istifadə edilib.