Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək
Digər ölkələr
- 02 noyabr, 2024
- 13:58
Ukrayna Belçikanın “Thales” şirkəti ilə hava hücumundan müdafiə sistemləri üçün raketlərin birgə istehsalına dair memorandum imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri German Smetanin özünün teleqram kanalında bildirib.
“Thales Belgium” Ukrayna müdafiə şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu saziş düşmən PUA-larına qarşı birgə raketlərin istehsalını nəzərdə tutur”, - nazir deyib.
Bundan əlavə, Smetanin əlavə edib ki, gələcəkdə bu əməkdaşlığın belə raketlər üçün texnologiya və komponentlərin ötürülməsinə qədər genişlənəcəyi gözlənilir.
“Bu əməkdaşlıq Ukraynanın hərbi-sənaye kompleksini və kritik infrastrukturun düşmən PUA-larından qorunmasını gücləndirəcək”, - Smetanin qeyd edib.
Son xəbərlər
00:16
Foto
Ağcabədidə zəncirvari yol qəzası olub, ölən və xəsarət alanlar var
Hadisə00:06
Aeroport şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İnfrastruktur23:56
Aİ Serbiyaya ayrılan 1,6 milyard avroluq vəsaitin verilişini dayandıra bilər
Digər ölkələr23:49
İsrail Ordusunun baş qərargah rəisi Qəzzanın demilitarizasiya kursunu təsdiqləyib
Digər ölkələr23:24
Tramp: ABŞ-nin ikinci aviadaşıyıcısı tezliklə İran sahillərinə göndəriləcək
Digər ölkələr23:05
Mehdiyevin "kabinet"i kölgədə qaldı və ya Əlinin əli kimin cibindən çıxdı?
Daxili siyasət22:58
Türkiyə Superliqasında "Qalatasaray" növbəti qələbəsini qazanıb
Futbol22:49
İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
Xarici siyasət22:41