Ukrayna PUA-larla Rusiyanın Taman limanına zərbə endirib
Digər ölkələr
- 30 iyul, 2026
- 14:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna iyulun 30-na keçən gecə Rusiyanın Krasnodar diyarındakı Taman limanına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib, nəticədə obyektdəki infrastruktur zədələnib.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Cənub Nəqliyyat Prokurorluğu sosial şəbəkələrdə məlumat yayıb.
"PUA-ların hücumu nəticəsində liman infrastrukturu obyektləri zədələnib, xəsarət alanlar var", - məlumatda bildirilib.
Taman limanı Rusiyanın cənubundakı əsas logistika qovşaqlarından biridir. O, coğrafi mövqeyinə görə yüklərin aşırılmasında, həmçinin hazırda Rusiyanın işğalı altında olan Ukraynaya məxsus Krıma neft məhsullarının və digər malların tədarükündə mühüm rol oynayır.
Son xəbərlər
07:49
Yaponiya məktəbliləri arasında intihar halları artıb
Digər ölkələr
07:17
Braziliya kəşfiyyatı 31 iri cinayətkar təşkilatı aşkarlayıb
Digər ölkələr
06:43
Donald Tramp: ABŞ İranda rejim dəyişikliyinə can atmır
Digər ölkələr
06:08
Tramp: Yanvarın sonunadək İrana qarşı hərbi əməliyyatlar üçün vəsait mövcuddur
Digər ölkələr
05:39
"Real" qələbə seriyasını on matça çatdırıb
Futbol
05:22
ABŞ-də hərbi bazada kütləvi qətldə ittiham olunan şəxs edamın təxirə salınmasını istəyir
Digər ölkələr
04:54
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
Digər ölkələr
04:12
Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər
Digər ölkələr
03:41
Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur
Digər ölkələr