Ukrayna Prezidenti Britaniyanın Baş nazirini çətin zamanın dostu adlandırıb
- 01 fevral, 2022
- 20:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşü barədə paylaşım edib.
"Report" xəbər verir ki, dövlət başçısı tviter hesabında Boris Conson kimi insanlarla dostluğa şad olduğunu vurğulayıb.
"Dost olmağa həmişə şadıq. Xüsusilə Boris Conson kimi çətin zamanlarda köməyə gəlməyə hazır olanlarla. Səmərəli əməkdaşlığınıza, müdafiə qabiliyyətimizə verdiyiniz dəstəyə və köməyə görə təşəkkür edirik. Biz Avropada təhlükəsizlik və sülh naminə əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirik", - Ukrayna rəhbəri sosial şəbəkədəki hesabında yazıb.
Ми завжди раді друзям. Особливо таким, які готові прийти на допомогу в скрутні часи, як @BorisJohnson. Дякуємо за плідну співпрацю, за підтримку й сприяння нашим оборонним можливостям. Розраховуємо на подальший розвиток співпраці заради безпеки та миру у Європі. pic.twitter.com/qYuEmWSQOB
— Володимир Зеленський (@ZelenskyyUa) February 1, 2022