Ukrayna Prezident Ofisindən NATO-ya sərt cavab: "Torpaq güzəşti təklifi müharibəni gələcək nəsillərə saxlamaqdır"

Digər ölkələr
  • 16 avqust, 2023
  • 13:59
Ukrayna Prezident Ofisindən NATO-ya sərt cavab: Torpaq güzəşti təklifi müharibəni gələcək nəsillərə saxlamaqdır
Mixaylo Podolyak

“NATO rəsmisi Stian Yensenin Ukraynanın NATO-ya üzvlüyü müqabilində torpaqlarının bir hissəsindən imtina etməsi barədə təklifi müharibəni birbaşa təşviq etməkdir”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, bu təklif reallığı lazımi səviyyədə başa düşməməyin təzahürüdür: “Bu bəyanat aqressorun növbəti cinayətlər törətməsinə şərait yaradır”.

M.Podolyakın sözlərinə görə, NATO faktiki olaraq Rusiyaya imkanlarını genişləndirməyə, müharibəni gələcək nəsillərə ötürməyə şərait yaradır: “Rusiya mütləq uduzmalıdır”.

Qeyd edək ki, S.Yensen daha əvvəl Ukraynanın NATO-ya üzvlüyünün həlli yolunun ərazi güzəştləri olduğunu bildirmişdi.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko isə bildirmişdi ki, belə müzakirələr yersizdir.