Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
Digər ölkələr
- 23 iyun, 2025
- 16:25
Neft və kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan üç boş tanker ABŞ-nin Tehranın nüvə obyektlərinə havadan endirdiyi zərbələrə cavab olaraq İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağı ilə bağlı artan qeyri-müəyyənlik fonunda istiqamətini dəyişib.
“Report” xəbər verir ki, bu barədə gəmilərin hərəkətini izləyən “Marine Traffic” internet xidmətinin məlumatında deyilir.
"Ballastda olan və yük daşımayan, əvvəllər boğaza doğru hərəkət edən “Marie C” və “Red Ruby” tankerləri BƏƏ sahillərində Fuceyra yaxınlığında lövbər salıb", - məlumatda qeyd edilib.
Yaponiyanın “Nippon Yusen” və “Mitsui OSK Lines” şirkətlərinin məlumatına görə, onlar Hörmüz boğazından keçməyə davam edən gəmilərinə körfəzdə qalma müddətini azaltmağı tapşırıblar.
Son xəbərlər
18:54
Cevdet Yılmaz: Türkiyənin turizm gəlirləri 65,6 milyard dollara çatıb
Region18:42
Tramp yenidən Mertsi tənqid edib: O, tamamilə faydasız oldu
Digər ölkələr18:31
Foto
Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub
Milli Məclis18:26
Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb
Xarici siyasət18:20
Foto
Video
"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
Hərbi18:18
Foto
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Fərdi18:17
IMF Azərbaycanın cari əməliyyatlar hesabının builki profisiti ilə bağlı proqnozunu artırıb
Maliyyə18:16
Foto
Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları baş tutub
Futbol18:16