Türkmənistanda yoluxucu xəstəliklərə qarşı mübarizə, o cümlədən əhalinin peyənd dərmanları ilə təmin etmək istiqamətdə tədbirlər görülür.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən video formatında keçirilən hökumətin işçi müşavirəsində səhiyyə və dərman sənayesi naziri N.Amannepesov ölkədə yoluxucu xəstəliklərin qarşısını almaq istiqamətdə görülən işlər barədə hesabat verərək satın aldıqları “Sputnik V” dərmanının əhəmiyyətindən də danışıb.
Dövlət başçısı Q.Berdiməhəmmədov yolxucu xəstəliklərə qarşı tədbirləri davam etməyin, qarşıdan gələn yaz – payız fəsillərində lazım gəlsə daha da gücləndirməyin vacibliyini bildirərək o cümlədən ağız-burun ötrüklərinin tətbiqinə dair tapşırıqlar verib.
Bununla yanaşı, Dünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş dərmanların qeydiyyatını davam etdirmək, habelə ölkəyə gələn əcnəbilərin, xarici ölkələrə təhsil dalınca gedən gənclərin müvafiq qoruma və karantin tədbirlərdən keçirmək, əhali arasında müvafiq təbliğat işləri aparmaq barədə də tapşırıqlar verilib.
Qeyd edək ki, rəsmi olaraq Türkmənistanda COVID-19-a youxma halları yoxdur. Buna baxmayaraq, ölkədə qoruyucu maska taxmaq, habelə nəqliyyat, ticarət, iaşı sektorlarında bəzi məhdudiyyətlər tətbiq edilib.